Ads by Google

hightechnic
Ads by Google

15782038_846727665470538_1276967576_n“Artıq ilin sonuna barmaq sayılı günlər qalıb. Hələ də bu ilin ən böyük nigarançılığı və ən çox müzakirəsi manatla bağlıdır. Çünki manat yenə növbəti ilə gerçək məzənnəsi ilə qədəm qoya bilmir.”

Yeniçağ.az xəbər verir ki, bu fikri iqtisadçı-alim Qubad İbadoğlu qeyd edib. Onun sözlərinə görə, Mərkəzi Bank əlavə 1 ili də belə boşa xərcləyib:

“Bu səbəbdən də manatın “xəstəliyi” iqtisadiyyatın bütün sahələrinə təsir edib. İl ərzində 50 mindən çox iş yerləri bağlanıb, əmək haqları və pensiyalar dəyərsizləşib, istehlak bazarında nəinki idxal malları, həm də idxal komponentləri olan yerli məhsullar da bahalaşıb, inflyasiya ikirəqəmli ədədlə ifadə olunub. Xarici borc öhdəliklərini yerinə yetirə bilməyən Azərenerji, ARDNŞ kimi inhisarçı şirkətlərin müraciətləri əsasında elektrik enerjisi və qazın ikinci dərəcəli tarifləri müvafiq olaraq 1.6 və 2 dəfə artırıb. 2017-ci ildə büdcə kəsiri son 10 ilin zirvəsinə qalxıb, xarici ticarət və tədiyə balansının mövqeləri xeyli zəifləyib. Bütün bunların nəticəsində manatla bağlı narahatçılıqlar bir az da artdı və milli valyuta növbəti ilə 3 məzənnə (valyuta hərracının məznnəsi, kommersiya banklarının məzənnəsi və “qara bazar” məzənnəsi) ilə qədəm qoyur. Onların arasında “qara bazar” ən çox müzakiə mövzusuna çevrilib”.

İqtisadçı-alimin sözlərinə görə, hüquq-mühafizə oqranlarının valyuta “qara bazarı”nı aradan qaldıra bilməməsinin əsas səbəbi bəzi bankarın orada maraqlarının olmasıdır:

“Manatın banklardakı məzənnələri real bazar dəyərini ifadə edə bilməyib, onun satışı tam liberallaşdırılmayıb, əksinə valyuta mübadilə məntəqələri bağlanıb. Ən başlıcası isə bəzi banklar özləri “qara bazar”ın əsas təchizatçısına və tədarükcüsünə çevriliblər və indiyədək iri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırdırırlar. Əslində “qara bazar” kiçik deyil, iri valyuta əməliyyatlarının alqı-satqısı üçün yaradılıb. Bu bazarda ünsiyyət vasitələri də bir çox hallarda canlı deyil, telefon rabitəsi ilə aparılır. Hazırda bir zənglə lazım olan qədər valyuta sifariş verənlər də elə banklarla əlaqəli şəkildə işləyirlər. Çünki banklar üçün “qara bazar” dan çox onun məzənnəsi əhəmiyyətlidir. Elə ona gündəlik “qara bazar” kursunu dərc etməkdə mətbu orqanlar heç bir əziyyət çəkmirlər. Çünki onlar belə məlumatları real deyil, virtual bazarlardan alırlar”.

Q.İbadoğlu bildirib ki, “qara bazar”da formalaşan məzənnə kommersiya banklarının alqı-satqı kursundan bir neçə qəpik də olsa da yuxarıdır, bu fərq də iri valyuta əməliyyatlardan böyük qazanclar götürmək üçün kifayət edir:

“Ona görə də hazırkı”qara bazar”lar bəzi kommersiya banklarına lazımdır, məhz belə bazarların yaşamasında da ən çox marağı olanlar da bəzi banklardır. Nə qədər ki, manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyib bir o qədər də “qara bazar”lar mövcud olacaq. Odur ki, müvafiq orqanlar “qara bazar”la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidir, çünki, bundan başqa alternativ yoxdur.

Yekunda məsləhətim odur ki, sonradan peşmançılıq çəkməməyiniz üçün manatla olan borclarınızı ilin sonuna qədər geri almağa çalışın və bu il ərzində manatla yeni borclar verməyin. Çünki növbəti ildə manat dollar nisbəti bu ildəkindən xeyli fərqli olacaq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."