!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kondaveeti Manikath Zaqatalada itkin düşdü

!Reklam – Yazi

Zaqatalada Hindistan vətəndaşı itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildirilib ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102”Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan Respublikasının vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda Rayon Polis Şöbəsinin,eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv