!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kondisioner istifadə edənlərə xəbərdarlıq: Ölümlə nəticələnə bilər

!Reklam – Yazi

Qızmar istinin artması ilə vətəndaşlar çarəni kondisionerdə tapıblar. Mütəxəssislər isə kondisionerdən çox istifadənin ölümcül xəstəliyə səbəb ola biləcəyini söyləyir.

Yenicag.az xəbər verir ki, yay aylarının gəlişi ilə kondisionerlərin populyarlığı artır.

Sərində vaxt keçirmək istəyən insanlar kondisionerin verdiyi rahatlığa üstünlük verirlər. Mütəxəssislər isə sağlamlıq üçün potensial riskləri nəzərə almağın vacib olduğunu söyləyirlər.

Pnevmoniya kimi xəstəliklərin təkcə qışda deyil, yayda da müşahidə oluna biləcəyini vurğulayan mütəxəssislər bu xəstəliyin səbəblərindən birinin kondisioner olduğunu vurğulayırlar.

Bildirilir ki, kondisionerdən uzun müddətli istifadədə pnevmoniyaya səbəb olur.

Pnevmaniya xüsusilə kondisionerlər, su aerasiya çənləri və buxar otaqları kimi sulu mühitlərdə çoxalır. Bu tip ventilyasiya və soyutma sistemlərində meydana gələn bakteriyalar epidemiyanın yaranmasına səbəb olur. Bildiyimiz kimi, sətəlcəm zamanı döş qəfəsində və bel ağrısı, öskürək, qızdırma, təngnəfəslik kimi şikayətlər olur.

Yay pnevmoniyası halsızlıq, əzələ ağrıları, baş ağrısı, qarın ağrısı, hətta ürəkbulanma, qusma və ishal kimi əlamətlərlə baş verə bilər. Ona görə də xəstəliyi yaxşı izləmək və diaqnoz qoymaq vacibdir. Çünki bu hətta ölümə də səbəb ola bilər. Erkən diaqnoz və effektiv müalicə ilə tam sağalma mümkündür. Lakin bu xəstəlik xüsusilə xroniki astma, şəkərli diabet xəstələri, uşaqlar və 65 yaşdan yuxarı olanlarda daha ağır keçir./azxeber.com/

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv