!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Konfrans Liqası: “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri bəlli oldu

!Reklam – Yazi

Bu gün UEFA Konfrans Liqasında Əsas yol üzrə II təsnifat mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşib.

Azərbaycanı bu yarışda təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin rəqibləri də bəlli olub. İlk mərhələdən azad olan klublarımızdan biri – Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər, digər iki komanda isə səpələnməmişlər səbətində yer alıb.

Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt”ın ilk rəqibi “Çukariçki” (Serbiya) olacaq. Ayxan Abbasovun yetirmələri ilk qarşılaşmanı səfərdə keçirəcək.

Azərbaycan Kubokunun sahibi “Keşlə” “Soçi” (Rusiya) ilə qarşılaşacaq. Sənan Qurbanovun komandası da turnirə səfərdə başlayacaq.

Daha reytinqli olan “Qarabağ” bu mərhələdə “Aşdod”la (İsrail) qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri ilk matçı evdə oynayacaq.

“Neftçi”nin də UEFA Konfrans Liqasındakı potensial rəqibi bəlli olub. Ölkə çempionu Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna uduzsa, “Makkabi” (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. İlk raundun matçları isə iyulun 8-də və 15-də baş tutacaq.

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv