!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Konfrans Liqası: "Sabah" "Partizan"ı məğlub etdi - YENİLƏNDİ

!Reklam – Yazi

“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşıb.

“Bank Respublika Arena”dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq./Report/

***

74-cü dəqiqədə Bakı klubunun müdafiəçisi Boyan Letiç dubl müəllifi olub.

***

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

70-ci dəqiqədə Azərbaycan təmsilçisinin sol cinah müdafiəçisi Boyan Letiç baxımlı qola imza atıb.

***

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Yenicag.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 17-də Belqradda olacaq.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv