Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Konfransdan Ermənistana mesaj: "Türkiyə ilə sərhədiniz açılmayacaq" - FOTOLAR

Reklam: Sinerji Pro

Azərbaycan Dövlət İqtisad Universiteti və Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə “Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq istiqamətləri, mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və digərləri iştirak edib.

Konfransda səfir Erkan Özoral çıxış edərək Azərbaycan və Türkiyə universitetləri arasındakı münasibətlərə toxunub. O, bu münasibətlərin qardaşlığa bağlı olduğunu bildirib:

“Bizim tariximiz, kökümüz birdir. Azərbaycanı müstəqil olduqdan sonra ilk gündən dəstəklədik. Artıq Azərbaycan dünyada layiq olduğu mövqeyə gəlib. Türkiyə ilə Azərbaycan bir-birinə daim dəstək olurlar, yardım edirlər. Bu gün Türkiyə-Azərbaycan münasibətləri elə bir səviyyəyə çatıb ki, hər sahədə, xüsusən də iqtisadiyyatda iç-içə olub. Təhsil sahəsindəki münasibətlər də üst səviyyədədir. Türkiyədə təhsil alan azərbaycanlıların sayı 125 mini keçib”.

Daha sonra Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu çıxış edib. Türkiyəli nazir Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazganla bağlı xatirələrindən və onun gördüyü işlərdən bəhs edib.

Kasapoğlu bildirib ki, Türkiyə ilə Azərbaycanın ortaq işləri bölgənin inkişafına təkan verir:

“Azərbaycanla Türkiyə qardaşlıqdan əlavə, bir birinə dəstək verərək inkişaf etməkdədir və bu yöndə dayanmaq olmaz”.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da Turan Yazganla xatirələrini bölüşüb və onu Türk dünyasına işıq tutan şəxs adlandırıb.

Şamil Ayrım Azərbaycan-Türkiyə münasibətləri haqqında isə bunları deyib:

“Bizim bir Qarabağ problemimiz var. Türkiyə dövləti illərdir saxta erməni “soyqırımı” problemi ilə üz-üzədir. Biz müharibə edərək torpaqlarımızı işğaldan azad edər, problemlərimizi həll edərik. Ancaq biz istəyirik ki, təhsil alan tələbələrimiz bu işi beyin gücü ilə etsinlər. Qarabağ Azərbaycanın problemi olduğu qədər Türkiyənin də problemidir. Azərbaycanın torpaqları geri qaytarılmayana qədər Türkiyə ilə Ermənistanın sərhədləri açılmayacaq. Bunu Ermənistan dövləti bilməlidir”.

Səxavət Məmməd
Fotolar: Allahverdi Məmmədov

www.yenicag.az

2762
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100