!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konqresmenlərdən QƏTİ TƏLƏB: “Rusiya terroru maliyyələşdirən ölkə kimi tanınsın”

!Reklam – Yazi

ABŞ Konqresində Rusiya ilə bağlı daha kəskin addımların atılması tələbi irəli sürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi ölkənin dövlət katibi Entoni Blinkendən Rusiyanın terroru maliyyələşdirən ölkə kimi tanınmasını tələb edib.

Pelosi bu addımın atılmayacağı təqdirdə, tələb olunan qərarın Konqres tərəfindən qəbul ediləcəyini bildirib.

Bununla belə, istər Pelosinin ofisi, istərsə də ABŞ Dövlət Departamenti bu barədə məlumata şərh verməkdən imtina edib.

Qeyd olunur ki, ABŞ Konqresi dövlət katibinə hər hansı ölkəni terroru maliyyələşdirən dövlət kimi tanımaq səlahiyyəti verib.

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv