!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konqresmenlərin “Azad Suriya” ZİYARƏTİ: “Ankara ilə Vaşinqton arasında ciddi ziddiyyətlər olsa da...”

!Reklam – Yazi

“Əslində, konqresmenlərin məlum əraziyə gəlişi Türkiyə adına müəyyən uğur sayıla bilər”.

Bu fikirləri ABŞ-dən bir neçə konqresmenin Suriyanın şimalında Türkiyənin nəzarətində olan bölgələrə gözlənilməz səfərini dəyərləndirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, konqresmenlərin bu səfərindən nəticə çıxarmaq tez olsa da, onların qeyd olunan addımı müsbət hadisədir:

“Əvvəla onu qeyd edim ki, ABŞ siyasətçiləri arasında Türkiyənin siyasətini dəstəkləyini, xüsusilə də Ankaranın Suriyadakı fəaliyyətinə müsbət yanaşan fiqurlar heç də az deyil.

O baxımdan, konqresmenlərin Suriyanın şimalına səfərlərinə də bu kontekstdə yanaşmaq daha doğru olardı. Əslində, Respublikaçılar və Demokratlar partiyalarından olan konqresmenlərin məlum əraziyə gəlişi Türkiyə adına müəyyən uğur sayıla bilər.

Eyni zamanda, bu həm də onun göstəricisidir ki, Ankara ilə Vaşinqton arasında ciddi ziddiyyətlərə baxmayaraq, onların Suriya məsələsində üs-üstə düşən mövqeləri mövcuddur. Tərəflər də məhz uzlaşmaya təkan verən məqamlara söykənirlər.

Digər tərəfdən, burada Rusiya amilini də nəzərə almaq lazım gəlir. Hər halda, indiki beynəlxalq şəraitdə ABŞ-nin NATO üzvü və qarşılıqlı tərəfdaşı olan Türkiyənin mövqeyinə dəstək verməsi təbii haldır. Bəli, konresmenlərin bu səfərindən nəticə çıxarmaq hələ tez olsa da, onların qeyd olunan addımı müsbət hadisədir”.

A.Zeynalov

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv