!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kontakt Home” məhkəməyə verildi - QALMAQAL

!Reklam – Yazi

Bakı Kommersiya Məhkəməsində “Cinemazadeh” MMC-nin “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-yə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

Yenicag.az xəbər verir ki, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin iddiaları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib.

Qeyd: “Cinemazadeh” MMC rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-ni məhkəməyə verərək öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur. Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin baş direktoru Zaur Darab-zadənin dəstəyi ilə yaradılıb. Daha əvvəl “Cinemazadeh” MMC-yə məxsus olan “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadə olub. Məlumat üçün bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur. “ABC-TELECOM” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib./pravda.az

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv