!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Könüllülər intellektual turnir və festivalda - FOTO

!Reklam – Yazi

Dekabr ayının ilk günündə start alan “Azərbaycan Könüllülük Həftəsi” müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərlə davam etməkdədir. Könüllülük həftəsi çərçivəsində 4 dekabr tarixində baş tutan ilk tədbir “BiliyimİZ” adlı intellektual turniri oldu. Bu dəfə savadına, biliyinə güvənən intellektli Azərbaycan Könüllüləri bir araya gələrək intellektual yarışda iştirak etdilər.

Ümumilikdə 100 gəncin iştirakı ilə həyata keçirilən turnir “Nə? Harada? Nə Zaman?” formatında təşkil edilmiş və yarışda 15 könüllü təşkilatı iştirak etmişdir. İki mərhələdən ibarət olan yarışda tərkibində 5 üzvün olduğu 20 komanda mübarizə aparmışdır. Aparılan mübarizə nəticəsində birinciliyə “Bir könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyi, ikinci yerə “Könüllü DOST” proqramı, üçüncülüyə isə “Qayıdış Könüllüləri” proqramının “Şuşa Könüllüləri” qrupu layiq görülmüşdür.
Sonda qalib komandalara sertifikatlar və hədiyyələr təqdim edilmiş və yarış xatirə fotosunun çəkilməsi ilə başa çatmışdır.
Eyni tarixdə Bakı Gənclər Mərkəzinin önündə AKTI-yə üzv təşkilatlardan olan 300-ə yaxın kõnūllünün iştirakı ilə musiqi, əyləncə proqramları, idman yarışları və könüllü gənclərin bir-birindən maraqlı çıxışları ilə zəngin Festival keçirilmişdir. Festival gənclər tərəfindən xüsusi maraqla qarşılanmışdır
Könüllü gənclər Festivalı və “BiliyimİZ intellektual turniri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının isə təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə daha ətraflı https://heftemiz.konullu.az/ veb səhifəsi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsi ilə məlumat əldə edə bilərsiniz.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv