!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Korifey diktordan teleaparıcılara TƏRS ŞİLLƏ: “Elə bil podiuma çıxıb, paltarını göstərir”

!Reklam – Yazi

“İndiki aparıcıların çoxu aparıcı deyil, paltarlarını, özlərini nümayiş etdirmək üçün efirə çıxır. Sanki podiumdadırlar…”

Yenicag.az xəbər verir ki, bu fikirləri tanınmış diktor, Xalq artisti Ofeliya Sənani aparıcılarla bağlı fikirlərini bildirərkən deyib.

O, xüsusilə, xanım aparıcılarla bağlı sərt iradlar səsləndirib:

“Aparıcı verilişinə dəvət etdiyi qonaqları tanımalıdır, onun yaradıcılığından məlumatı olmalıdır ki, müsahibini danışdıra bilsin. Baxıram, çoxu verilişə dəvət etdiyi qonağı tanımır, bilmir ki, ona hansı sualları verəcək…

Əlinin sualını Vəliyə, Vəlinin sualını Əliyə verir. Əksəriyyət savadsız və hazırlıqsızdır. Bir də görürsən, qonaq danışdığı yerdə aparıcı onun sözünü kəsir, başlayır boş-boş özü danışmağa. Adama sual verərlər, bəs sən o qonağı verilişə niyə çağırıbsan, şəkil çəkdirməyə?

Çağırmısansa, maraqlı suallar ver, qoy danışsın. Sənin də dinləmə mədəniyyətin olsun. Verilişə dəvət etdiyin qonağa hörmət etmək sənin borcundur. Bəzən qoşa aparacı veriliş aparır. Qadın danışır, yanındakı həmkarına ağzını açmağa imkan vermir. Olmaz belə. Buna görə də, çox narazıyam bəzi aparıcılardan. Mütaliə etməli, savadlarını artırmalıdırlar, eyni zamanda verilişdən öncə dəvət etdikləri qonaq barədə bilgisi olmalıdır”.

Cəvahir

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv