Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırıldı

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilir ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik tədbirləri görülüb. Nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində işıqfor obyektləri quraşdırılıb.

Nəticədə:

– Nizamlanan eynisəviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə təhsil alan tələbələrin, o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb;

– Piyadaların və nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin olunub.

www.yenicag.az

154
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100