!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus insan beynini 20 il QOCALDIR - ARAŞDIRMA

!Reklam – Yazi

COVID-19-dan sağalanların yarısı çox pis qavramağa başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırma “News-Medical” jurnalında dərc olunub.
Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının direktoru Benedikt Mayklın rəhbərlik etdiyi alimlər qrupu bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb.

Alimlər müəyyən ediblər ki, Covid insan beynindən 20 ilə qədər həyat alır.
Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir.

Hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “dumanlı beyin”ə cəlb edirdilər. İnsanlarda yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər toplusu yaranmışdı.

2022-ci ildə aparılan araşdırmaya görə, Covid-dən əziyyət çəkən xəstələrin 46%-i bu problemdən şikayətlənir.

Tədqiqatın iştirakçıları koqnitiv testdən keçib, qan nümunəsi verib və beyin skan edilib.
Alimlərin aşkarladığı kimi, diqqətlə əlaqəli beynin bəzi sahələrinin həcmi azalıb və bir sıra biomarkerlər hətta travmatik beyin zədəsini göstərə bilər.
Coviddən əziyyət çəkəndən sonra beyini bir anda 20 il qocalıb.

Tədqiqatçılar hələ bunun insanda əbədi qaldığını və ya infeksiyanın nəticələrinin geri qaytarıla biləcəyini müəyyən etməyiblər.
Neyropsixoloqların fikrincə, bu barədə şikayətlər uydurma deyil, real olduğuna dair sübutlar var.
Başqa bir araşdırmaya görə, bir çox xəstələr həkimləri dəqiq təsvir edə bilmədikləri fiziki xəstəliyin doğruluğuna inandırmaqda çətinlik çəkiblər.

Xuraman Etibarlı

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv