!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus yenidən TÜĞYAN EDİR: “Ya tam sıradan çıxacaq, ya da...” – AÇIQLAMA

!Reklam – Yazi

“COVİD-19 pandemiyası bitib. Bu isə o deməkdir ki, yenidən pandemiya ola bilməz”.

Bu sözləri dünyada yenidən koronavirusa yoluxma hallarının artmasını şərh edərkən tibbi ekspert Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

O, koronavirusun tədricən zəifləyərək insanda soyuqdəymə xəstəliyinin əlaməti kimi büruzə verəcəyini deyib:

“COVİD-19 pandemiyası bitib. Bu isə o deməkdir ki, yenidən pandemiya ola bilməz. Amma “Omicron” ştamının mutasiya edən virusları davam edir. Ona görə də hələ də ayrı-ayrı yerlərdə koronavirus yoluxmaları qeydə alınır. Azərbaycanda da koronavirusa yoluxma halları var.

Bir neçə il əvvələ qayıtsaq, xeyli adamın xəstələndiyinin şahidi olardıq. Koronaviruslu xəstələr qeydiyyata alınır və onların statistikası çıxarılırdı. Proses hələ də davam edir. Dünyanın hər yerində bu belədir. Mutasiya davam edərək tədricən virus zəifləyəcək. Ya koronavirus tam sıradan çıxacaq, məsələn, SARS-CoV-1, MERS virusu kimi, ya da insanlarda soyuqdəymə xəstəliyinə yoluxma halı kimi rast gəlinəcək”.

Sadiq Cavadov

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv