!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusdan itirdiklərimiz və səhiyyə işçilərinə təşəkkür - Tənzilə Rüstəmxanlı yazır

!Reklam – Yazi

Bütün faciələr və çətinliklər kənardan nə qədər ürək ağrıdıcı görünsə də, insan onu öz həyatında yaşamadıqca tam mahiyyətinə varmır.

İki ildən artıqdır ki, dünyanın əsas bəlasına çevrilən COVID-19 pandemiyası da bu qəbildəndir. Hər birimiz gündəlik yoluxma və ölüm statistikasını ürək ağrısı ilə izləyir, təəssüf və kədər hissi keçiririk. COVID-19 pandemiyası başlayandan bir xanım, bir ana kimi ailəmi bundan qorumaq üçün mümükün olan hər şeyi etdim. Şükürlər olsun ki, ailəmizdə yoluxma qeydə alınsa da, gənclər bu xəstəliyi çox rahat keçirdilər. Amma bir müddət öncə özüm bu xəstəliyə yoluxdum və xəstəliyin acıları, onunla mübarizəni şəxsi təəcrübəmdə yaşadım. Yarım il öncə doğma bacımı bu xəstəlikdən itirərkən pandemiyaya qeyri-ciddi yanaşmağın, onun müalicəsinə dırnaqarası baxmağın acı təəcrübəsini yaşamışdım. Buna rəğmən, yoluxmanın ilk günlərində ev şəraitində müalicə alacağımı düşünürdüm. Ailəmin xüsusi təkidi və xəstəliyin ağırlaşması nəticəsində Gömrük xəstəxanasına yerləşdirildim və müalicəni burada davam etdirdim. İndi xəstəxanaya yerləşməmin nə qədər düzgün olduğunu fərqindəyəm. Burada yaradılmış yüksək texniki şərait, həkimlərin peşəkarlığı və can yandırması yüzlərlə insanı ölümün pəncəsindən xilas edir.

Səhiyyəmizdə olan nöqsanları tez –tez dilə gətiririk, amma bu günlər mənə COVID-19 xəstəliyinin dəhşətli bir bəla olması ilə yanaşı, həkimlərimizin fədakarlığını göstərdi. Həm öz adımdan, həm də mənimlə birlikdə müalicə olunanların adından çətin dövrümüzdə həkimlərə verilən əməyin qiymətindən yanaşı, biz xəstələrin də verdiyi qiymət təşəkkür etməyim tibb işçiləri üçün çox vacibdir. Axı onlar da öz sağlamlıqlarını riskə ataraq neçə-neçə insanı yenidən öz evinin kandarından içəri girərək sevinclə ailəsinə qayıtması üçün çalışırlar. Buna görə onlara hədsiz təşəkkür edir və çəkdikləri zəhmətin uca yaradan tərəfindən verilməsini diləyirəm. Xüsusilə Gömrük Xəstəxanasının baş həkimi Elman Məmmədova və müalicə həkimim Mədinə Abdullayevaya xüsusi təşəkkürlərimi bildirirəm. Əziz həkimlər, fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərin təzahürünü görürük. Kiçik tibb işçilərindən tutmuş müalicə həkimlərinədək hər kəsə təbbəssümləri, sonsuz qayğıkeşliyi, doğmalığı ilə göstərdikləri münasibətə görə hədsiz təşəkkür edirəm. Sizin gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz və unudulmaz dəyərə layiqdir. Allah sizdən razı olsun. Haqqınızı halal edin.

www.yenicag.az

940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv