!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusla bağlı növbəti narahatlıq: "Stress və qorxuya heç bir əsas yoxdur" - Professordan İZAH

!Reklam – Yazi

“Bu cür ştamlar əsasən pandemiyaların sonunda yaranır”.

Bu sözləri “Kentavr” koronavirus ştamının dünyanın bir sıra ölkələrində yayılmasına münasibət bildirən tibb elmləri doktoru, professor Musa Qəniyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Omikronun yeni ştamı sərt karantin rejiminin yenidən tətbiq olunmasına əsas vermir. Çünki bu ştam heç də insan sağlamlığı üçün ağır və ya ölümcül təsirlərə malik deyil:

“Omikronun yeni, “Kentavr” adlandırılan BA.2.75 mutantı ilk dəfə bu ilin may ayının 21-də Hindistanda tapılıb və hazırda dünyanın 10 ölkəsinə yayılıb. Bu mutantın yayılması təhlükəsinin qarşısını almaq üçün maska taxılmasının, sərt karantinə gedilməsinin, yeni vaksinlərin alınmasının və mərhələli peyvəndləmənin davam etdirilməsinin zərurət olduğu bildirilir. Bu, bəzilərinin arzuladığı utopiyadır. Real elmi həqiqət isə fərqlidir.

Omikron ştamı qeydiyyata alınandan bu günümüzə qədər “BA.2.75″ də daxil olmaqla, onun bütün mutantlarına ‪290000000‬ milyon insan yoluxub. Ölüm faktları isə yalnız 0,35 faiz təşkil edib. “Kentavr” adlandırılan BA.2.75 ştamının genom əsasını 11 faiz “Delta”, 89 faiz Omikron ştamı təşkil edir. Yəni Omikronun BA.3 (XE), XD, XF və deltakron ştamları kimi bu ştam hibrid sayılır. Bu cür ştamlar əsasən pandemiyaların sonunda yaranır. Odur ki, “Kentavr” mutantı da adi mutantlarından biridir. ÜST-ün rəsmi məlumatına görə, Omikronun “Kentavr” adlandırılan yeni BA.2.75 mutantına yoluxanlar arasında bu günə qədər ağırlaşma və ölüm halı təsdiq olunmayıb. Ona görə də stress, qorxu və narahatlığa heç bir əsas yoxdur”.

Gülşən Şərif

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv