!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusla mübarizəyə cəlb olunan tibb işçilərinin ƏLAVƏ MAAŞ PROBLEMİ – Ekspertdən İZAHAT

!Reklam – Yazi

“Əgər tibb işçiləri məlum qrafikə düşməyiblərsə, onlara maaşdan əlavə vəsait verilmir”

Prezident İlham Əliyevim bu il martın 18-də imzaladığı sərəncama əsasən, koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub. Belə ki, Sərəncamda tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə maaşının 3 misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə maaşının 4 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə maaşının 5 misli məbləğində müddətli əlavə edilməsi qeyd edilib. Lakin bu Sərəncama baxmayaraq, nəzərdə tutulan əlavəni ala bilməyən tibb işçilərinin şikayətləri artmaqdadır.

Tibb eksperti Rasif Bağırov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, pandmeiyaya qarşı mübarizəyə cəlb edilən tibb işçiləri nəzərdə tutulan iş qrafiki çərçivəsində çalışıblarsa, sözügedən Sərəncamda nəzərdə tutulan əlavələr onlara da şamil olunur:

“Tibb işçilərinə verilən əməkhaqqının gecikməsi ilə bağlı müəyyən çətinliklərin yaranmasına bir sıra amillər təsir edir. Əsas problemlərdən biri əlavələrin bütün tibb bacılarına şamil olunması təsəvvürünün yaranmasıdır.

Halbuki əlavələr tətbiq olunarkən, tibb işçilərinin iş qrafiki nəzərə alınır. Məsələn, əgər həkim və ya tibb bacısı məlum qrafikə düşməyibsə, onlara əlavə məbləğ verilmir. Bu baxımdan, bir çox tibb işçilərinin tətbiq olunan əlavələrdən yararlana bilməməsi başadüşüləndir”.

Gülşən Şərif

www.yenicag.az

3146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv