Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusu xatırladan 15 film - SİYAHI - Mütləq baxın

Koronavirus pandemiyasının dünya ölkələrində geniş yayılması nəticəsində karantin rejiminin tətbiqi minlərlə insanın evdən çıxmasına məhdudiyyət qoyub. Əlbəttə ki, evdə qalan insanların əksəriyyəti vaxtlarını keçirmək üçün filmlərə baxmağa üstünlük verir.

Yenicag.az bu marağı nəzərə alaraq, evdə qalan insanların baxa biləcəyi filmləri araşdırıb. Bu filmlər məhz koronavirus dönəmini xatırladır. Həmin filmləri təqdim edirik:

1.“Contagion” (Yoluxma)

Filmdə Honq-Konqda bir yarasanın donuzu dişləməsi nəticəsində donuzdan insana keçən virusun sürətlə yayılmasından bəhs edilir. Bu filmin məzmunu hazırkı koronavirusa bənzəyir. Filmin ssenaristi Skot Burns ssenarini yazmadan öncə bir çox elm adamları ilə görüşdüyünü və yaxın zamanlarda dünyada belə bir virusun yayılacağından məlumatlı olduğunu bildirib. Koronavirus pandemiyası yayılanda isə Skot Burns “mən çox da təəccüblənçədim”, – deyib.

2. “Outbreak” (Təhdid)

1995-ci ildə lentə alınan filmin məzmunu ebola virusunu xatırladır. Dastin Hoffman, Morqan Friman və Rene Russonun rol aldığı film Netflix platformasındakı 10 ən məşhur film sırasında 3-cü yerdədir. Yoluxucu xəstəliklər üzrə mütəxəssis ölümcül bir virusu araşdırmaq üçün ezam edilir. Araşdırmalar nəticəsində virusun ABŞ-dan gəldiyini təsbit edir. Bu virus tədbir alınmayacağı təqdirdə, bir neçə həftə ərzində bütün Amerikanı yox edə biləcək qədər təhlükəlidir. Mütəxəssis keçmiş həyat yoldaşının köməyi ilə Kaliforniyadakı bir qəsəbədə başlayan epidemiyanı nəzarətdə saxlayır.

3. “28 Days Later ve 28 Weeks Later” (28 gün sonra və 28 həftə sonra)

2003-cü ildə çəkilən filmdə dünyada yayılan quduzlaşmış şəxsdən bəhs edilir. Filmin baş qəhrəmanı Cimə sonradan məlum olur ki, dəhşətli virus bütün Britaniya əhalisini zombiyə çevirib. Lakin Cim sağ qalmağı bacarır və 28 gün sonra zombilər aclıqdan tamamilə məhv olurlar. Film Böyük Britaniya istehsalıdır. Film zorakılıq və qəddarlıq səhnələri ilə zəngin olduğuna görə 16 yaşdan aşağı şəxslərin izləməsi məsləhət görülmür. Filmin yüksək reytinq gətirməsi fonunda 2007-ci ildə “28 həftə sonra” adlı ikinci hissə çəkilib. Buradakı qəhrəmanlardan heç biri, filmin ikinci hissəsində (28 həftə sonra) iştirak etmir.

4. “12 Monkeys” (12 Meymun)

1995-ci ildə çəkilən “12 Meymun” filmində yoluxucu xəstəlikdən bəhs edilir. Filmin baş rollarında Brüs Uillis və Bred Pitt oynayıb. Londondakı bir araşdırma mərkəzinin sınaq üçün saxlanılan meymunları bir qrup fəal tərəfindən sərbəst buraxılır. Meymunlar ətrafa ölümcül virus yayır. Virusa yoluxanlar 15 saniyə sonra insani xüsusiyyətlərini itirir, cinayətə meylli hücumçulara çevrilir. Epidemiya sürətlə yayılarkən xəstəxanada olan Cim 28 gün sonra komadan oyanır. Küçəyə çıxdığı zaman bütün şəhərin kabusa çevrildiyini görür. Bu zaman ərzində nə olduğunu anlamağa çalışan Cim virusdan yalnız Selena və Markın yardımı ilə xilas olur.

5. “Carriers” (Vəba)

2009-cu il Hollivud istehsalı olan filmdə ölümcül xəstəliyə qarşı mübarizə aparan dörd dostun hekayəsindən bəhs edilir.

6. “World War Z” (Dünya Müharibəsi Z)

2003-cü ildə çəkilən “World War Z” filmi Maks Bruksun eyniadlı romanı əsasında lentə alınıb. Filmin baş rolunu Bred Pitt canlandırır. Filmin çəkilişinə 190 milyonluq büdcə ayrılıb. Təxminən 2 saat davam edən filmdə özünü və ailəsini zombilərdən qorumağa çalışan bir adamın hekayəsindən bəhs edilir.

7. “The Flu” (Qrip)

2013-cü ildə lentə alınan və Cənubi Koreya istehsalı olan filmdə qurbanlarını 36 saat ərzində öldürən H5N1 virusundan bəhs edilir. Xəstəlik tənəffüs yolu ilə keçir. Epidemiyanı nəzarətdə saxlaya bilmək üçün fərdlər çarəsiz şəkildə mübarizə aparırlar.

8. “Panic In The Streets” (Küçələrdə çaxnaşma)

Filmin əsas məzmunu vəba xəstəliyi ilə bağlıdır. Filmdə bir həkim və polis işbirliyi çərçivəsində New Orleans şəhərində çoxlu ölümlərə yol açan xəstəliyin səbəbini öyrənməyə çalışır. Lakin onların cəmi 48 saat vaxtları var.

9. “Blindness” (Korluq)

Film Portuqaliya yazıçısı Joze Saramaqonun qələmindən çıxan eyniadlı roman əsasında çəkilib. Sükan arxasında olan bir adam yaşıl işığı gözləyərkən qəflətən korlaşır. Korluğu müraciət etdiyi həkimə də keçir. Bu korluq epidemiya kimi bütün şəhərə yayılır. Öldürücü olmasa da, bütün əxlaqi dəyərləri yox etməyə qadirdir. Bu hadisədən sonra cəmiyyət görməyən gözlərlə cinayətlərə, təcavüzlərə şahid olur. Şəhərdə xilas olan tək insan göz həkiminin arvadıdır.

10. “The Last Man on Earth” (1964), “The Omega Man” (1971), “I Am Legend” (2007)

Hər üç filmdə insanların ölümünə yol açan yoluxucu xəstəlikdən bəhs edilir.

11. “Mən əfsanəyəm”.

Robert Nevil qorxunc bir virusun bütün dünyaya yayılmasının qarşısını ala bilməyən alimdir. Nyu-Yorkda həyatda qalan yeganə insan olan Robert bütün bilik və bacarıqlarına rəğmən epidemiyanın qabağını ala bilməyib. Sadəcə öz orqanizmində virusa qarşı immunitet yaratmağı bacarıb. Yeganə həmdəmi olan itini də itirən qəhrəman çətin qərarlar qəbul etmək məcburiyyətindədir.

12. “Vəba günlərində eşq”

Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin eyniadlı əsərinin motivləri əsasında çəkilmiş film tərk edilmiş bir sevgilinin yeniyetməlik illərindən başlayaraq qocalığınadək davam edən, yarım əsrlik sevgisinin hekayəsidir. Florentino Ariza 13 yaşında ilk gördüyü andan Fermina Dazaveyə aşiqdir. Ancaq qızı Fermina üçün Florentinadan daha yaxşı ər tapan ata bu sevgiyə mane olur. Hadisələr bu məhəbbət üçbucağının ətrafında cərəyan edir.​

13. “Night of the Living Dead” (Yaşayan ölülərin gecəsi)

Filmdə baş qəhrəmanlar – Ben (Dueyn Cons) və Barbara (Cudit O’Di) ilə birlikdə yeddi adamın sirli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından bəhs olunur.

14. “Resident Evil” (Ölümcül Sınaq)

“Umbrella Corporation” adlı şirkət tərəfindən idarə edilən “Hive” adlı genetik araşdırma mərkəzindən bəhs olunur. Araşdırmalar zamanı sınaqlardan birində ortaya çıxan “T-virus” adlı virusu ələ keçirən bir oğru onu binaya yayır. Virus “The Red Quinn” adlı süni intellekti ələ keçirir və sonra mərkəzdəki hər kəsi yoluxdurmağa başlayır. Bütün heyət zombiyə çevrilir və onlar “Red Quinn” tərəfindən idarə olunur. Onun qarşısını almaq üçün mərkəzə gələn komanda süni intellektlə savaşır.

15. “Perfect Sense” (Yer üzündəki son eşq)

Dünyada insanların duyğularını yox edən bir virus yayılmağa başlayır və bir romantik cütlük hər şeyə rəğmən bir-birlərinə olan duyğularını qorumağa çalışırlar.

Gülşən Şərif

www.yenicag.az

3682
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100