Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusun ən yüksək sürətlə yayıldığı ÖLKƏLƏR - SİYAHI

Dünyada koronavirusa yoluxanların sayı 1 700 391 nəfərə çatıb.

Yenicag.az worldometrs-ə istinadən xəbər verir ki, virusdan 102 760 nəfər həyatını itirib, 376 572 nəfər isə sağalıb.

Dünyada yeni növ virusa yoluxma ən çox ABŞ-da qeydə alınıb. Bu ölkədə 502 876 min nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub.

İspaniyada bu rəqəm 158 273 nəfər təşkil edir.

Siyahıda üçüncü yerdə 147 577 xəstə ilə İtaliya qərarlaşıb.

Fransada 124 869 nəfər koronavirus xəstəsi qeydə alınıb.

Almaniyada son bir gündə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınmayıb. Bununla belə, ölkədə 122 171 nəfər COVID-19 infeksiyası daşıyıcısı var.

Bir müddət əvvəl dünyada epidemiyanın mərkəzi sayılan Çin indi 81 953 yoluxma ilə digər ölkələrdən geridədir.

Siyahıda bundan başqa Böyük Britaniyanın (73 758 yoluxma) və İranın (68 192) adları var.

Türkiyə isə doqquzuncu pilləyə qalxaraq, İrana yaxınlaşır. Belə ki, ölkə ərazində 47 029 yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirus pandemiyası 210 ölkə və bölgədə qeydə alınıb.

Loading...

www.yenicag.az

506