Koronavirusun “ofsayd”a saldığı deputatlar – Yaşı 65-i keçmiş millət vəkilləri – SİYAHI

Bu gündən etibarən, koronavirus pandemiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Xüsusi karantin rejimi çərçivəsində riayət edilməsi tələb olunan əsas qaydalardan biri də 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmasıdır.

Qeyd olunmalıdır ki, ölkədə fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində mandat qazanmış deputatlar arasında yaşı 65-dən yuxarı olan çox sayda millət vəkili var.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı isə həmin yaş kateqoriyasına aid deputatların evdən bayıra çıxmalarını, yəni həm də öz funksiyalarını yerinə yetirmələrini təqribən 1 ay müddətinə məhdudlaşdırır.

Yenicag.az yaşı 65-i keçmiş 26 deputatın siyahısını təqdim edir:

Sahibə Qafarova – 65;

Sabir Hacıyev – 65;

Sədaqət Vəliyeva – 65;

Oqtay Əsədov – 65;

Cavanşir Paşazadə – 66;

Aqil Abbasov – 66;

Asim Mollazadə – 67;

Anatoli Rafailov – 67;

Əli Məsimli – 67;

Eldar Quliyev – 68;

Fəzail İbrahimli – 68;

Rasim Musabəyov – 69;

Aqiyə Naxçıvanlı – 69;

Bəxtiyar Sadıqov – 69;

Elman Məmmədov – 69;

İsa Həbibbəyli – 70;

Tahir Rzayev – 70;

Madər Musayev – 72;

Vahid Əhmədov – 72;

Fəzail Ağamalı – 72;

Əhliman Əmiraslanov – 72;

Sabir Rüstəmxanlı – 73;

Mixail Zabelin – 73;

Eldar İbrahimov – 74;

Ziyad Səmədzadə – 79;

Fəttah Heydərov – 82;

Onu da qeyd edək ki, Milli Məclisin fəaliyyətinin ümumi qaydalarına əsasən, parlamentin iclası 83 deputat iştirak etdikdə səlahiyyətli hesab olunur.

Gülşən Şərif

COP29