!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Koronavirusun öldürücülük qabiliyyəti yoxdur" - Həkimdən AÇIQLAMA

!Reklam – Yazi

Son vaxtlar dünyanın əksər ölkələrində yeni yoluxma və ölüm hallarının azalması hallarının müşahidə edilməsinə baxmayaraq sözügedən problem hələ də aktual olaraq qalır. Zaman-zaman yeni növləri yaranır. Bu da insanlarda narahatlıq yaradır.

Bəs görəsən, dünyamızı nələr gözləyir? İnsanlar özlərini necə qorumalıdırlar?
Pandemiya yenidən qayıda bilərmi?

Bununla bağlı Yenicag.az-ın suallarını cavablandıran Tibb üzrə elmlər dokturu Adil Qeybulla bildirib ki, virusun Omikron ştamının müxtəlif mutasiyaları davam edir və buna görə də yoluxuculuq indeksi çoxdur.

Həkimin sözlərinə görə, Covid-19 pandemiyası rəsmən bitib. Bu, xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin dünyada məşhur olan rəyi əsasında verilib:

“Bu, o deməkdir ki, pandemiya yenidən baş qaldıra bilməz. Həm yoluxub immunitet qazananlar, həm də vaksinasya nəticəsində immuniteti yarananların hesabına infeksiya zənciri qırılıb. Amma xırda epidemiyalar olacaq, çünki virus hələ tam yoxa çıxmayıb. Sars-2, Sars-COV-2 COVİD-19 pandemiyasını yaradıb. Virusun Omikron ştamının müxtəlif mutasiyaları davam edir və buna görə də yoluxuculuq indeksi çoxdur. Lakin virusun öldürücülük qabiliyyəti xeyli aşağı düşüb”.

Adil Qeybulla qeyd edib ki, virus tam yoxa çıxana qədər mütəmadi yoluxma ocaqları olacaq. Nəzərə alsaq ki, payız vaxtı soyuq gəldiyi üçün daha diqqətli olmaq lazımdır:

“Həm karantin qaydalarını gözləmək həm də yoluxma zamanı rejimə əməl etmək və s. lazımdır. Bunları artıq pandemiya təcrübəsindən bilirik”.

Nuray Məmmədzadə

www.yenicag.az

697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv