!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusun yarıtmazlığını üzə çıxardığı ONLAYN SATIŞ SİSTEMİ: “İnsanlar xeyli əziyyət çəkirlər”

!Reklam – Yazi

“Onlayn satış kanalları əsasən, paytaxt Bakıda, özü də şəhər daxilində fəaliyyət göstərir”.

Koronavirus pandemiyası ilə əlaqədar ticarət əməliyyatlarını asanlaşdırmaq üçün Azərbaycanın “amazon”u hesab edilən vahid elektron ticarət (E-commerce) platforması yaradılıb.

Platformanın yaradılmasında məqsəd yerli sahibkarlar, xüsusilə də, kiçik və orta biznes subyektləri üçün elektron satış imkanı yaratmaq və bunun üçün lazım olan xərcləri minumuma endirməkdir.

İqtisadçı Alxan Xələfov Yenicag.az-a açıqlamasında Azərbaycanda onlayn satış platformalarının ümumi vəziyyətini dəyərləndirib.

Ekspertin fikrincə, koronavirus pandemiyasının yaratdığı şərait onlayn satış kanallarında hələ ki artıma yol açmayıb:

“Ölkəmizdə onlayn satış platformalarında logistika və mağaza üzrə məhsul seçimi çox azdır, o cümlədən, onlayn satış sistemi çox məhdud ərazilərdə qurulub.

Məsələn, müştəri Qaxdan onlayn sifariş edərsə, məhsulu ona çatdırmaq üçün işçi heyəti yoxdur. Çünki onlayn satış kanalları əsasən paytaxt Bakıda, özü də şəhər daxilində fəaliyyət göstərir”.

Alxan Xələfov qeyd edib ki, mövcud karantin rejimində evdən çıxmaq istəməyən vətəndaşlar istədikləri məhsulları onlayn sifariş etməkdə çətinliklə üzləşirlər:

“Marketə gedə bilməyən müştərilərin onlayn qida sifarişi üçün imkanları olduqca aşağıdır. Bu baxımdan, koronavirus dövründə ölkəmizdə onlayn satışlarda artım müşahidə olunmayıb.

Əksinə, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşüb. Hətta banklarda da onlayn satış kanallarının düzgün qurulmaması fonunda müştərilər banka getmədən kredit və ya depozit xidmətlərini həyata keçirə bilmirlər.

Türkiyədə müştərilər smartfon telefonlarından tək bir toxunuşla böyük kreditlər əldə edə bilirlər. Ölkəmizdə isə investorlar bu seqmentdə olan startup layihələrə maliyyə investisiyası ayırmaqla, haqqında danışılan sahənin inkişafına dəstək olmalıdırlar”.

Gülşən Şərif

www.yenicag.az

1003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv