!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Körpələrdə göz xərçəngi TƏHLÜKƏSİ: "Bu əlamətlər varsa..."  - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Göz bəbəyinin rənginin dəyişməsi – ağarması, qızarması, gözün çəpliyi, bəbəyin genişlənməsi kimi əlamətlər göz xərçənginin əlaməti ola bilər.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, göz həkimi Sevil Karaman deyib.

Karaman açıqlamasında valideynlərə xəbərdarlıq edib:

“Göz xərçəngi sinir hüceyrələrindən əmələ gələn şiş olduğuna görə beyinə doğru irəliləyə bilər. Ona görə uşağınızda bu simptomlardan hər hansı birini görsəniz, mümkün qədər tez zamanda oftalmoloqa müraciət edin, çünki erkən diaqnoz qoyulduqda, müalicə mümkündür.

Göz xərçəngi xəstəliyi təxminən 18 min insandan 1-də, əsasən 4-6 yaş aralığında müşahidə edilir.

Şişin tipini, ölçüsünü, yerini və mənşəyini müəyyən etmək üçün ultrasəs, kompüter tomoqrafiyası (CT) və ya maqnit rezonans (MR) görüntüləmə kimi müxtəlif diaqnostik testlər tələb olunur. Şişin digər orqanlara yayılmasını qiymətləndirmək üçün qan və sümük iliyi testləri edilə bilər. Retinoblastoma (gözün işığa həssas təbəqəsində (retina) görülən pis xassəli şişdir) diaqnozu qoyulan uşaqların çox faizi  sağlamlıqlarına qovuşa bilir”.

Sevil Karaman retinoblastoma 13-cü xromosomda yerləşən retinoblastoma genindən qaynaqlandığını bildirib:

“Retinoblastomaların təxminən 60 faizində xəstəlik irsi deyil. Məlumdur ki, bütün retinoblastoma hallarının 10-15 faizi ailə üzvlərində olur. Hər iki gözdə xəstəliyin olması irsi retinoblastomadan xəbər verir. Birtərəfli retinoblastoma halları ümumiyyətlə irsi deyil”.

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv