!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Körpələrdə zehni qabiliyyətin pisləşməsinin səbəbi nələrdir?

!Reklam – Yazi

İngiltərə Universitetinin (UEA) alimləri müəyyən ediblər ki, altı aylıq körpədə fiziki inkişafın ləngiməsi anormal beyin funksiyası ilə əlaqələndirilir və bu, zehni qabiliyyətin pisləşməsinə səbəb ola bilər.

Yenicag.az xəbər verir ki, tədqiqat “Nature Human Behavior” jurnalında dərc olunub.

Həkimlər böyümə geriliyi olan və olmayan uşaqlarda vizual iş yaddaşını müqayisə ediblər. Bu göstərici vizual məlumatın işlənməsi üçün mövcud yaddaşın həcmini əks etdirir. Ümumilikdə tədqiqata altı aylıq olan 200-dən çox uşaq daxil edilib. Körpələrin beyin fəaliyyəti və idrak qabiliyyətləri altı ilə doqquz ay arasında və bir ildən sonra yenidən qiymətləndirilib.

Məlum olub ki, fiziki inkişafı yavaş olan körpələrin vizual iş yaddaşı pozulur. Həmçinin, onlarda diqqətin yayınması zəif zehni performansla əlaqələndirilib. Alimlərin aşkar etdiyi kimi, buna adətən diqqətin obyektlərə və ya tapşırıqlara paylanmasında, diqqəti yayındıran amillərin qarşısının alınmasında və obyektlərin iş yaddaşında saxlanmasında iştirak edən beyin şəbəkəsinin pozulması səbəb olub.

Böyümənin ləngiməsi normal qidalanmama və ya ümumi sağlamlıqdan qaynaqlanır.

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv