!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Korrupsioner Pelosinin İrəvan səfəri: "O, şəxsi qazancı üçün bu addımları atır"

!Reklam – Yazi

“Fransada Azərbaycan səfiriyinə hücum oldu, bundan əvvəl də Böyük Britaniyadakı səfirliyimizə hücum edilmişdi. Fikrimcə, bunun hər ikisinin arxasında erməni lobbisi və Ruben Vardanyan dayanır”.

Bunu Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və səfərin arxasında yatan siyasi oyunları şərh edən sabiq deputat, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Nensi Pelosi prezident Co Bayden kimi erməni və yunan lobbisinin təsiri altında olan adamdır:

“Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə Ermənistan da dəvət olunmuşdu. Ancaq mitinqlərlə əlaqədar Paşinyan ora gedə bilmədi. Nensi Pelosi yunan əsilli olaraq Türkiyəyə, Azərbaycana, ümumilikdə, türk dünyasına qarşı çox aqressivdir. Nensi Pelosi qanunverici hakimiyyətdə təmsil olunur, ancaq Dövlət Departamenti başqa qurumdur. İnanmıram ki, Nensi Pelosinin fikirlərini Dövlət Departamenti dəstəkləsin. ABŞ-də xarici siyasəti Dövlət Departamenti müəyyən edir. Nensi Pelosi yaşlıdır və seçkilər yaxınlaşır. Onun o vəzifədə qalmaq şansı çox azdır. Artıq onun Nümayəndələr Palatasında qalmayacağı barədə bir neçə konqresmen də açıqlama verib. Nensi Pelosinin özü də, əri də korrupsiyaya yol vermiş şəxslərdir. Əsas da onun əri haqqında bir neçə rüşvət iddiası qaldırılıb. Nensi Pelosi öncə Tayvana səfər etdi və ABŞ ilə Çini üz-üzə qoydu.

Nensi Pelosi prezident Co Bayden kimi erməni və yunan lobbisinin təsiri altında olan adamdır. Nensi Pelosi həm də pul qazanmaq istəyir. O, Tayvana getdi, oradan da pul qazandı. Onun Ermənistana səfəri Ermənistan tərəfi üçün 120 milyon dollara başa gəlib. Bütün bu tədbirlərin təşkilatçısı Ruben Vardanyandır. Ruben Vardanyan “Avrora” Humanitar Təşəbbüslər Cəmiyyəti yaradıb. Bu cəmiyyətin əsas işi sözdə “erməni soyqırımı”nı parlamentlərdə qəbul etdirməklə bağlıdır. Hansı deputat bu məsələni qaldırırsa ona 1 milyon dollar pul verilir, sonrakı illərdə isə aylıq 50 min dollar pul verilir.

Nensi Pelosi həm yunan və erməni disporasının təsiri altındadır, həm də şəxsi qazancı üçün bu addımları atır”.

Səxavət Məmməd

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv