!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Korrupsioner şəxsi videoya çəkməyin HÜQUQİ MƏSULİYYƏTİ: "Rüşvətxor məmuru ifşa etmək üçün qeydə alınması..."

!Reklam – Yazi

“Hansısa bir rüşvətxor məmuru ifşa etmək üçün rüşvət aldığı yerdə çəkilən videoyazı məsuliyyətə səbəb olmur”.

Bu fikirləri gizli kameralardan istifadə edilməsinin hüquqi məsuliyyəti barədə danışan hüquqşünas Turan Abdullazadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, gizli kameralarla kiminsə şəxsi həyatına müdaxilə edilməsi qanunvericiliyə ziddir:

“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ mövcuddur. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Gizli kameralarla kiminsə şəxsi həyatına müdaxilə edilməsi qanunvericiliyə ziddir. Lakin hansısa bir rüşvətxor məmuru ifşa etmək üçün rüşvət aldığı yerdə çəkilən videoyazı məsuliyyətə səbəb olmur. Çünki burada əsas prioritet məsələ cəmiyyətin və dövlətin mənafeyidir. Həmin məmurun şəxsi həyatına müdaxilə edən video çəkiliş isə məsuliyyətə səbəb olur”.

Nuray Məmmədzadə

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv