Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” – Azad Rəhimovun iddiasına reaksiya

Reklam: Sinerji Pro

“Legionerlərə xərclənən böyük pulların yerli idmançıların inkişafına yönəldilməsi daha doğru olar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında gənclər və idman naziri Azad Rəhimovun “Azərbaycan idmanında korrupsiya yoxdur” fikrinə münasibət bildirən Şahmat Federasiyasının keçmiş prezidenti Eldar Namazov deyib.

Eldar Namazovun sözlərinə görə, Azərbaycan idmanında əsas problem korrupsiya yox, maliyyə vəsaitlərindən səmərəli istifadə olunmamasıdır:

“Bildiyiniz kimi, mən uzun müddət Şahmat Federasiyasının prezidenti olmuşam. O sahədə isə nə Azərbaycan, nə də dünya şahmatında korrupsiya mövzusu heç vaxt olmayıb.

İdmanda adətən söhbət korrupsiyadan yox, maliyyə resurslarının daha effektli istifadə olunmasından gedə bilər. Məsələn, legionerlərə daha çox pul xərcləmək, yoxsa investisiyaları gənc idmançılara yönəltmək, yerli məktəbləri gücləndirmək istiqamətində müzakirələr olur.

Yəni idmanda artıq bütün məsələlər öz dəqiq əksini tapıb, hər şey kifayət qədər aydındır, peşəkar müqavilələr bağlanır, insanlara maaşlar verilir. İdmançılar öz maaşlarından narazı qalanda klublarını dəyişirlər və sair.

İdmanda korrupsiya qalmaqalları yalnız Olimpiya Oyunları, dünya və qitə çempionatlarının yerinin seçilməsində baş verə bilər. Bu da idmançılar yox, hökumətlər və idman nazirlərinin arasında olur. İdmanın özündə böyük maliyyə imkanları olur və onlardan səmərəli istifadə edilməsi əsas məsələdir. Məncə, idmanda əsas problem korrupsiya deyil, başqa ciddi problemlər var ki, artıq onları sadaladım.

Bu sırada əsas məsələ əldəki vəsaitlərin səmərəli sərfidir. Legionerlərə böyük pullar xərclənir. Bu, düzdür, yoxsa səhvdir? Şəxsən mən belə düşünürəm ki, pulların gənc idmançıların inkişafına yönəldilməsi daha doğru olar. Məsələn, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, rəhmətlik Vüqar Həşimov mənim vaxtımda, gözümün qabağında gənc şahmatçılardan beynəlxalq qrossmeystrlərə çevrildilər. Məhz onlara göstərilən qayğı və diqqət sayəsində o uğurlar qazanıldı.

İndi isə Almaniyadan hansısa qrossmeystri Azərbaycan yığmasına çağırırlar və o da gəlib bir legioner kimi çıxış edir… Hesab edirəm ki, başqa idman növlərində də legionerlərə həddən artıq pullar xərclənir. Halbuki, həmin pullarla yerli uşaqları, yeniyetmələri hazırlayıb yarışlara göndərə bilərik. Bəli, bu məsələ ciddi müzakirə mövzusu olsa da, korrupsiyaya aid deyil”.

A.Zeynalov

Loading...

www.yenicag.az

2173
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100