!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Korrupsiyada məmurların arvadları günahkardır" - Ədliyyə naziri

!Reklam – Yazi

İndoneziyada məmurların korrupsiyasına görə günahı onların arvadlarının üzərinə atıblar.

Yenicag.az xəbər verir ki, bunu İndoneziya Ədliyyə Nazirliyinin rəhbəri Məhəmməd Mahfud qadınların dövlət quruculuğunda rolunun müzakirə edildiyi görüşd deyib. O bildirib ki, məmurların korrupsiyasında onların arvadları günahkardır.

Mahfudun sözlərinə görə, arvadlar ərlərinə təzyiq edərək imkanlarından artıq yaşamağa və korrupsiya əməllərinə əl atırlar.

İndoneziyanın ədliyyə, siyasət və insan haqları üzrə əlaqələndirici naziri Məhəmməd Mahfud hesab edir ki, korrupsioner məmurların arvadları ərlərinin cinayətlərinə görə məsuliyyət daşıyırlar.

“Bir çox hallarda ərlər arvadları pis olduğu üçün cinayətlərə cəlb olunurlar. Bir çox rüşvətxor məmurlar indi arvadları onlardan tələb etdiyi üçün həbsdədir. Onların maaşı 20 milyon rupi (təxm. 2200 man. – red.), lakin xərcləri 50 milyon rupidir (təxm. 5500 man. – red.)”, – siyasətçi deyib.

Nazirin bəyanatı qadın hüquqları müdafiəçiləri arasında mənfi reaksiyalara səbəb olub. İndoneziya Cinayət Ədliyyəsi İslahatları İnstitutunun eksperti Majdina Rəhmavati vurğulayıb ki, bunlar qadınlarla bağlı stereotiplərdir. Rəhmavati İndoneziyada korrupsiyanın daxili problem deyil, sistem xarakterli olduğuna diqqət çəkib.

Xuraman Etibarlı

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv