!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmik informasiya SATIŞI: “Bir sizdə olacaq, bir də..."

!Reklam – Yazi

“Kosmosa göndərilən “Voyecr”dən yerə ötürülən məlumatların nüsxəsi hərraca çıxarılır”.

Yenicag.az xəbər verir ki, 1977-ci ildə ABŞ Milli Aviasiyasının NASA ilə birgə kosmosa “Voyecr 1” və “Voyecr 2” gəmilərində bəşər tarixində ilk dəfə ulduzlara göndərilən mesajlar hərraca çıxarılır.

Bu mesajlarda Yerin 115 şəkli və 59 fərqli dildə təbrik mesajları var. “Voyecr” gəmilərində kosmosa göndərilən bu mesajların nüsxəsi Nyu-Yorkda hərraca çıxarılıb.

Satışa çıxarılan qeydlərin 400-600 min dollara alıcı tapacağı gözlənilir.

Əlyazma etiketləri ilə orijinal qutularında saxlanılan iki istiqamətli qeydlər var. Birinci qeydlərdə Birləşmiş Millətlər Təşkilatının nümayəndələrinin çıxışları, ikincidə isə dünyanın müxtəlif mədəniyyətlərinə aid musiqilər yer alır.

Bu səs yazıları mis və qızılla örtülərək səkkiz nüsxədə buraxılıb. Və ikisi kosmosa göndərilib. Hər bir nüsxənin üz qabığında günəşin mövqeyini göstərən simvollar və göndərilən bu mesajlardan istifadə qaydaları var.

Hər iki kosmik gəmi Yupiter, Saturn və ümumiyyətlə kosmosun tədqiq olunmasında böyük töhfələr verib. “Voyecr 1 və 2” gəmisi uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq hələ də Yerə məlumat göndərməkdədir.

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv