!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmik qurğu 4 ay sonra Yerə şəkillər göndərdi

!Reklam – Yazi

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “TESS” kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu ehtimal edilən astronomik obyektlərin ilk şəkillərini göndərib.

Yenicag.az İCTnews-a istinadən xəbər verir ki, peyk ilk fotoşəkilləri avqustun 7-də dörd genişformatlı kamera vasitəsilə Yerdən start götürdükdən 4 ay sonra çəkib. Şəkillərdə həyat qabiliyyətli olması güman edilən ekzoplanetlərə malik planet sistemlərinin daxil olduğu ulduz və obyektlər təsvir edilib. Bundan başqa, “TESS” bir neçə astronomik obyektlərin görünüşünü çəkib.

Agentliyin Vaşinqtonda yerləşən mənzil-qərargahının astrofizika şöbəsinin əməkdaşları bildirib ki, kosmik aparatın əhatə dairəsinə eyni anda yeni planet sistemlərinin olduğu çoxlu ulduz və qalaktikalar daxildir. Elmi dəyərə malik ilk şəkillər peykin kamerasının imkanlarını nümayiş etdirir və missiyanın başqa planetlərin axtarışı üçün misilsiz potensialını göstərir. Alimlərin sözlərinə görə, “TESS” atmosfer tərkibi potensial həyat mövcudluğu ilə bağlı olacaq bir sıra planetlər aşkarlayacaq.

Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan “TESS” (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu bu ilin aprelində “SpaceX” şirkətinin “Falcon 9” raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.

“TESS” teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan “Kepler” teleskopunu qismən əvəz edəcək. “TESS” teleskopu “Kepler” kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. “Kepler” isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.

Məlumata görə, “TESS” 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24×24 dərəcə təşkil edir və onlar elə yönəldilib ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.

Mayda “TESS” ilk – sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.

www.yenicag.az

9012
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv