!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmik tədqiqatçılar ilk dəfə silikat asteroidlərində su tapdı

!Reklam – Yazi

Teksasdakı Cənub-Qərb Tədqiqat İnstitutunun amerikalı astronomları ilk dəfə olaraq silikat asteroidin səthində molekulyar su aşkar ediblər.

Yenicag.az xəbər verir ki, tədqiqat “The Planetary Science Journal” (TPSJ) elmi jurnalında dərc olunub.

Son vaxtlara qədər silikat asteroidləri susuz hesab olunurdu. Onlar nisbətən geniş yayılıb – bu tip aşkar edilmiş obyektlərin ümumi sayının 17%-ni təşkil edir.

Komanda İnfraqırmızı Astronomiya üçün SOFIA Stratosfer Rəsədxanasının məlumatlarından istifadə edib. Alimlər Mars və Yupiter arasındakı əsas qurşağın dörd silikat asteroidini – İris, Massaliya, Parfenop və Melpomeni tədqiq ediblər.

Komanda əvvəllər Ayın səthində su izlərini aşkar edən eyni orta infraqırmızı analiz metodundan istifadə edib. Nəticələr İris və Massalia üzərində molekulyar suyun olduğunu göstərib.

“Spektral xüsusiyyət zolaqlarının gücünə görə, asteroidlərdəki suyun bolluğu Ayın günəşli tərəfindəki suyun miqdarına uyğun gəlir. Asteroidlərdə su minerallara bağlana, həmçinin silikatlar tərəfindən udula və silikat şüşəsində qapalı və ya həll oluna bilər”, deyə baş müəllif Anisia Arredondo bildirib.

Astronomlar SOFIA rəsədxanasının avadanlığı ilə müqayisədə daha yüksək ayırdetmə qabiliyyətinə malik olan Ceyms Uebb Kosmik Teleskopundan istifadə etməklə yeni tədqiqat aparmaq niyyətindədirlər./Qaynarinfo/

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv