!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmik tullantı AKA-nın planını parçaladı - Layihə hazırlayanlar şokda

!Reklam – Yazi

Hər keçən gün kosmik tullantıların miqdarı daha da artır.

Yenicag.az xəbər verir ki, Avropa Kosmik Agentliyi (AKA) kosmik tullantılarla bağlı layihə həyata keçirəcəkdi.

Layihəyə görə, xüsusi hazırlanmış “Clearspace-1” robotu 10 ildir Yer ətrafında fırlanan VESPA roketinin qalıqlarını qavrayıb dünyaya geri gətirməli idi. Ancaq hadisələrin gözlənilməz inkişafı bu layihənin reallaşmasını əngəlləyib.

Belə ki, təsbit edilməyən başqa kosmik tullantı sözügedən roketlə toqquşaraq onu parçalayıb. Bununla da layihənin reallaşdırılmasının obyekti ortadan qalxıb.

Qeyd edək ki, AKA-ya görə, Yer ətrafında kosmik tullantıya çevrilmiş 3 min peyk var. Həmçinin 10 sm-dən böyük 900 min, 1 sm-dən böyük 128 milyon, 1 mm-dən böyük 34 min cismin olduğu qeyd edilir.

Vurğulanan rəqəmlər gələcəkdə kosmik tullantıların ciddi problemə çevriləcəyindən xəbər verir.

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv