Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kosmosda tarixi an

102204_srcBu gün kosmosda daha bir tarixi an yaşanacaq. Yenicag.az anspress-ə istinadən xəbər  verir ki, dünya Plutona daha bir addım yaxınlaşacaq.

Amerika Hava və Kosmik Agentliyinin (NASA) məlumatına görə, qurumun yeni kosmik gəmisi olan “New Horizons” (Yeni üfüqlər) bu gün Pluton planetinin səhtinə ən yaxın uçuşunu gerçəkləşdirəcək. “New Horizons” planetin ən yaxın fotolarını çəkəcək ilk kosmik gəmi olcaq.

Kosmik gəmi bu gün 1930-cu ildə kəşf edilən və bu günə kimi sirli sayılan Plutonla bağlı yenii məlumatlar əldə edəcək.

NASA-dan verilən açıqlamaya görə, kosmik qurğu planetə onun səhtindən səhih görüntülər əldə edəcək qədər yaxınlaşacaq.

Gəmi ötən həftə Günəş sistemindən ən uzaq olan planetin sahəsinə daxil ola bilmişdi. Ən yaxın çəkilişlər isə 12 min 500 km məsafədən aparılacaq.

Plutonun bundan öncəki görüntüsünü “Hubble” kosmik teleskopu çəkmişdi. Lakin bu görüntülər o qədər də keyfiyyətli hesab edilmirdi.

“New Horizons”un Günəş sistemində səyahəti 2006-cı ilin yanvar ayaında başlayıb. Gəmi Floridadaki “Cape Canaveral” bazasından saatda 58 min 536 km sürətlə yola düşüb.

1990-cı illərdə konqresin kifayət qədər büdcə ayırmaması üzündən Plutonun araşdırlması ilə bağlı 4 müxtəlif proqram ləğv edilib.

www.yenicag.az

286