!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmosda unudulan insan - FOTO

!Reklam – Yazi

Sergey Krikalev – kosmosda unudulmuş sonuncu SSRİ vətəndaşıdır O, kosmosda 300 gün qalaraq dünya rekordu qırıb. 

Yenicag.az xəbər verir ki, Sovet İttifaqının dağılması zamanı Sergey Yer ətrafında fırlanan “Mir” stansiyasında olduğu üçün o, SSRİ-nin sonuncu vətəndaşı, kosmik Robinzon, ən uzun­ömürlü kosmos sakini adlarını almalı olub.

Belə ki,  “Soyuz TM-12” 19 may 1990-cı ildə komandir Anatoli Pavloviç Artsebarski, bort mühəndisi Sergey Krikalev və britaniyalı astronavt Helen Şarmanla birlikdə orbitə buraxılıb. Bir həftə sonra Şarman əvvəlki ekipajla birlikdə Yerə qayıtdı, Krikalev və Artsebarski isə “Mir”də qalıblar.. Yay ərzində onlar stansiyada çoxsaylı elmi təcrübələr apardılar, texniki xidmət işləri apararkən altı dəfə açıq kosmosa çıxmalı oldular. Yerə qayıtdıqdan az sonra kosmonavta ikinci uçuş planı verildi və 1991-ci ilin mayında Krikalev SSRİ-ni son dəfə görərək, uçmalı oldu. Sergey Krikalev Yerdəki hadisələrin onu “kosmosun ən uzunömürlü sakininə” çevirəcəyini bilmirdi.

19 may 1991-ci ildə  Krikalev bütün uçuş tapşırıqlarını uğurla yerinə yetirmiş və evə qayıtmaq üzrə idi. Lakin  Sovet İttifaqının dağılması ilə bütün kosmik proqramlar təxirə salındı. Kosmonavt səmada unuduldu. Onu gətirmək böyük xərc tələb edirdi. Yerdə dağılmış bir dövlətdə xaos, ondan qalan borclar, hiperinflyasiya hökm sürürdü. Krikalev kapsula ilə geri dönə bilərdi. Lakin bu “Mir” stansiyasının məhvinə səbəb ola bilərdi. Kosmonavt gözləməli oldu. Onun kosmosda qalma müddəti öncədən 5 ay planlaşdırılmışdı. Lakin vaxt iki dəfə uzadıldı.  Krikalev kosmosda  311 gün keçirməli oldu və bu müddətdə onunla demək olar ki, maraqlanan yox idi.

Kosmosda unudulmuş kosmonavt | Bilirsinizmi? | Kayzen

Bu qədər uzun müddət  kosmosda qalmaq xərçəng xəstəliyi riski, kosmik radiasiyaya məruz qalmaq, əzələlərin tamamilə hərəkətdən düşməsi demək idi. Məşhur kosmonavt kosmosda qaldı, çünki parçalanan ölkə göydəki “Robinzon”a qayıtmaq imkanı verə bilmədi.  O xarab olan cihazları özü təmir edir, öz həyatının xilası üçün cəhd göstərirdi. Bu müddətdə ruslar “Mir” kosmik stansiyasını iki alıcıya satdılar. Yaponiya 12 milyon dollar, Avstriya 7 milyon dollar ödəniş etdi. Yalnız 311 gün sonra Almaniya öz astronavtını Krikalevlə əvəz etməyə qərar verincə onun Yerə qayıtmaq şansı yarandı. Yerə dönərkən o 4 nəfərin köməyi ilə ayaq üstə dayana bilirdi. Həddən artıq zəifləmişdi. Krikalev səmaya SSRİ-dən uçmuşdu, qayıtdığı ölkə isə Rusiya Federasiyası idi. Bu uçuşa görə Sovet İttifaqı Qəhrəmanı S.K.Krikalevə Rusiya Qəhrəmanı adı da verildi.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv