!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kral taxtdan imtina edir

!Reklam – Yazi

şşşşİspaniya kralı Xuan Karlosun taxtdan imtina etdiyi açıqlanıb.

Təxminən 40 ildir taxtda olan 76 yaşındakı Xuan Karlosun sürpriz qərarını İspaniya Baş naziri Mariano Rahoy açıqlayıb. Son dövrdə sağlamlıq problemləri yaşayan Xuan Karlosun yerinə 46 yaşındakı oğlu Şahzadə Felipe keçəcək.

Qeyd edək ki, Xuan Karlos 1975-ci ildə General Frankonun ölümündən dərhal sonra taxta çıxaraq siyasi partiyaların yenidən qurulmasını və siyasi məhbuslar üçün əfv verilməsini dəstəkləyərək, liberal və demokratik prinsiplərə hörmət edən bir siyasət yürüdüb. 1981-ci ildə əsgərlərin xunta qurmasının qarşısını almaqda əhəmiyyətli rol oynayan kral Xuan Karlos xalq tərəfindən də çox sevilir. 1962-ci il mayın 14-də Afinada Yunanıstan Kralı I Paulosun qızı Sofia ilə evlənən Xuan Karlosun bir oğlu, üç qızı var.

 

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv