!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kran suyu içməyin FƏSADLARI: Hepatit-A...

!Reklam – Yazi

“Hepatit A virusunun çirklənmiş su vasitəsilə yoluxuculuğunu unutmaq olmaz”.

Yenicag.az xəbər verir ki, bunu krandan su içmənin insan orqanizminə verdiyi ziyandan danışan professor Esin Qorqud deyib.

O, bildirib ki, Kriptosporidium, Qiardiya, Salmonella və Şigella kimi mikrobların çoxaldığı yay aylarında mədə və həzm sistemi xəstəlikləri riskini aşağı salmaq çox vacibdir:

“Yay ayları gəldiyində temperaturun artması ilə suyun və qidanın sürətlə xarab olması riski artır. Bu da mədə və həzm sistemi infeksiyalarının tez-tez görülməsinə səbəb olur. Sadalanan mikroorqanizmlər isti hava şəraitinin təsiri ilə sürətlə yayılan xəstəliklər arasında ön sıralardadır.

İsti yay aylarında su və qida təhlükəsizliyinə diqqət yetirmək çox vacibdir. Yemək, hazırlanarkən, saxlanarkən belə çirklənə bilər. Bu mikroblara yoluxan şəxslərdə qusma və ishal kimi simptomların qarşısını almaq üçün təmiz su istehlakı çox vacibdir.

Əlavə olaraq qidaların gigiyenik şəraitdə hazırlanması, tərəvəz və meyvələrin yaxşıca yuyulmasına da xüsusi önəm vermək lazımdır. Bu kimi sadə tədbirlər yay aylarında sağlamlığımızın qorunmasında böyük rol oynaya bilər.

Həmçinin, hepatit A virusunun çirklənmiş su vasitəsilə yoluxuculuğunu unutmaq olmaz.

Mövsümdən asılı olmayaraq şəxsi və ətraf mühitin gigiyenası vacibdir. Əlləri mütəmadi olaraq bol sabunla yumaq lazımdır. Əlavə olaraq qidalar, xüsusilə də meyvə və tərəvəzlərin yaxşıca yuyulması çox vacibdir. İçməli su təhlükəli mənbələrdən istehlak edilməməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv