!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreditlə avtomobil alanların diqqətinə - Yeni qaydalar

!Reklam – Yazi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsinə prudensial nəzarəti gücləndirir.

Yenicag.az xəbər verir ki, yeni qaydalara əsasən Bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunacaq.

Kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manatdan artıq olduqda KTN əmsalı (kreditin təminata olan nisbəti) 60%-dən çox olmamalıdır;

Kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;

Avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.

Qaydalar 29 dekabr 2018-ci il tarixindən qüvvəyə minəcək./İqtisadiyyat.az/

www.yenicag.az

6046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv