!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreditlər üçün yüksək, əmanətlər üçün aşağı FAİZ HƏDDİ: “Banklar depozitdən əlavə pul qazana bilmirsə...”

!Reklam – Yazi

“Əmanətlərin həcmi və yatırım edənlərin sayı azaldıqda, əmanət faizlərinin yüksək olması imkan xaricindədir”.

Bu fikirləri banklara qoyulan əmanət faizlərinin aşağı olmasının səbəbini şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, yatırılmış depozitlərdən effektli istifadə imkanları yarandıqda, depozit faizləri artırılır:

“Hazırda banklar depozitdən əlavə pul qazana və onları real bazara yönəldə bilmirsə, o halda depozit faizləri 7-8 həddində müəyyən edilir. Bir sözlə, depozit faizlərini bilavasitə bazar tənzimləyir.

Nəzərə alınmalıdır ki, əmanətlərin həcmi və yatırım edənlərin sayı azaldıqda, əmanət faizlərinin yüksək olması imkan xaricindədir.

Ümumiyyətlə, banklar depozitlərə ehtiyac duymadan öz aktivliyini qoruyub saxlaya bilirsə, belə bir şəraitdə faizlər nisbətən yüksək rəqəmlərlə ifadə olunur”.

Nuray Məmmədzadə

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv