!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml: "Artıq İsrailin təhlükəsizliyini təmin etmək mümkün deyil"

!Reklam – Yazi

“Hətta HƏMAS-ı başsız qoymaqla və Qəzza zolağını qan içində boğmaqla belə, İsrailin təhlükəsizliyini təmin etmək mümkün deyil”.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ni Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə səbəb olan destruktiv siyasət yürütməkdə ittiham edib.

“Primakovskiye çteniya” elmi-ekspert forumunda çıxış edən Kreml nümayəndəsi diqqəti “indi yanıb külə dönən bölgəyə” çəkib.

“Bunlar yenə də, ABŞ-nin dağıdıcı siyasətinə və Fələstin düyününü təkbaşına açmaq istəyinə görə baş verir.  Davam edən qanlı Fələstin-İsrail münaqişəsi şəklində hazırkı ssenari, prinsipcə, proqnozlaşdırıla bilən idi”, – Uşakov bildirib.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki, “ABŞ-nin bir ölkəyə bu cür siyasəti və onun Fələstin-İsrail nizamlanmasında inhisar alması indiki kəskin böhranın yaranmasına səbəb olub”.

“Bu faciəvi hadisələr, böyük humanitar fəlakətin baş verməsi ona gətirib çıxarır ki, ABŞ və Qərbin bu xətti getdikcə daha çox mənəvi nüfuzunu itirir.

Yaxın Şərq dövlətlərinin əksəriyyətinin nəyə əsaslanaraq konsolidasiya etdiyinə, baş verənlərin səbəblərini nədə gördüklərinə diqqət yetirmək lazımdır. Bu konkret nümunə Yaxın Şərqlilərin öz suverenliklərini, müstəqilliklərini və sivilizasiya kimliyini gücləndirmək istəyini nümayiş etdirir.

Hətta HƏMAS-ı başsız qoymaqla, Qəzza zolağını qan içində boğmaqla belə, çətin ki, İsrailin təhlükəsizliyini təmin etmək mümkün olacaq. Müəyyən müddətdən sonra nifrət və terror dalğası yeni güclə alovlana bilər. Bu, istisna etmək olmaz”, – Kreml sözçüsü bildirib.

O xatırladıb ki, hələ 2009-cu ildə Rusiya Federasiyasının Baş naziri olmuş, ondan əvvəl isə Xarici İşlər Naziri olmuş Yevgeni Primakov Fələstin-İsrail problemi haqqında məqalə dərc edib.

“Fələstin probleminin qlobal səviyyəyə yayılma qabiliyyətinə görə tayı-bərabəri yoxdur. İsrailin hərbi tədbirləri nəinki terror təşkilatlarının fəaliyyət sahəsini daraltmır, əksinə, genişləndirir”, – Kreml nümayəndəsi Primakovun məqaləsindən sitat gətirir.

Uşakov hesab edir ki, “bu, Qəzza zolağında indiki faciə üçün tamamilə uyğundur”.

“Primakov peyğəmbərcəsinə qeyd edib ki, sülh yolu ilə mövcud olan yəhudi və fələstinli dövlətlərin yaradılması üçün zəmanət verilən iki variant var. Birinci variant, xarici qüvvələrin iştirakı olmadan münaqişə tərəflərinə özləri razılığa gəlmək imkanı verilməlidir. İkincisi, ABŞ-nin vasitəçilik missiyasının monopoliyaya alınmasıdır. Bu, Primakovun proqnozlaşdırdığı kimi olacaq”, –  Rusiya prezidentinin köməkçisi əlavə edib.

Xuraman Etibarlı 

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv