!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml bu dəfə ONU ÖLDÜRƏCƏK - Putinin növbəti HƏDƏFİ - FOTO

!Reklam – Yazi

“Yevgeni Priqojindən sonra Rusiyanın növbəti nüfuzlu hərbi lideri Ramzan Kadırov tezliklə yoxa çıxa bilər”. 

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Almaniya nəşri “Bild” yayıb. Bildirilir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov uzun müddət Priqojinin və onun Rusiya Müdafiə Nazirliyinə qarşı kampaniyasının müttəfiqi kimi görünürdü. Buna görə də Rusiya hökumətində çoxları ondan narahatdır.

Kadırovun ölümünü proqnozlaşdıran “Bild” rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovun məlumatına əsaslanır.

Qudkovun sözlərinə görə, Priqojinin ölümündən sonra Rusiya dövlət aparatı onun mövcudluğuna təhlükə yaradan digər qüdrətli şəxsiyyətlərə, yəni “Putinin xəfiyyəsi” kimi tanınan Çeçenistan lideri Ramzan Kadırova qarşı yönələcək.

Nəşr izah edir ki, Kadırov çoxdan Priqojinin müttəfiqi hesab olunurdu və Rusiya Müdafiə Nazirliyinə qarşı kampaniyasında onu dəstəkləyib.

Bundan əlavə, Kadırov Çeçenistan müharibəsində vuruşmuş keçmiş Kreml əleyhdarı üsyançıdır və Rusiya hökumətində çoxları hələ də buna görə narahatdır.

“Bild” Qudkovun “Putin Kremlin müxtəlif fraksiyaları arasında arbitr rolunu oynamağı dayandırıb, o, artıq bu rolun öhdəsindən gələ bilmir, münaqişələr yaranır” arqumentinə istinad edir.

Proqnozlara görə, Kadırovla Rusiya təhlükəsizlik aparatı arasında açıq konflikt, həmçinin FTX ilə Rusiya Müdafiə Nazirliyi arasında münaqişənin kəskinləşməsi ola bilər.

“Mən əminəm ki, Kadırovla münaqişə olacaq. Çünki Kadırov Rusiya dövlətçiliyinin ən böyük rəqiblərindən biridir. Kadırovun özünün yaxşı təlim keçmiş ordusu var. Kadırovun təhlükəsizlik aparatından kənarda da böyük təsiri var”, – Qudkov bildirib.

Məsimə

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv