!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml çıxılmaz vəziyyətdə - Putinin Bakı və Ankaradan GÖZLƏNİLƏN İSTƏYİ

!Reklam – Yazi

“Moskvanın Kiyevlə danışıqlara getməsi mümkündür”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə danışıqları təşkil etməsi və danışıqların Polşa, Türkiyə və Azərbaycanın paytaxtlarında keçirilməsi təklifinin şərh edən politoloq Turan Rzayev öz fikirlərini Yenicag.az-la bölüşüb.

O, vurğulayıb ki, Zelenskinin Rusiya ilə danışıqlar üçün Türkiyə və Azərbaycanın adını çəkməsi təsadüfi deyil:

“Hazırda müharibənin getməsinə baxmayaraq İlham Əliyev və Ərdoğanın tərəfləri danışıqlar masasına qaytarmaq səyləri davam edir. Əslində Putinin Azərbaycan və Türkiyədən başqa seçimi yoxdur. Rusiyanın Ukraynaya hücumu Prezident Vladimir Putinin istədiyi kimi baş tutmadı. Qərbin Ukraynaya hərbi siyasi və iqtisadi dəstəyi artırması, paralel olaraq Rusiyaya qarşı sanksiyaların sərtləşməsi Kremli çıxılmaz vəziyyətdə qoyur. Müharibənin hazırkı gedişi Putinin istədiyi kimi olmadığına görə, Moskvanın Kiyevlə danışıqlara getməsi mümkündür.

Qərblə bütün körpüləri yandıran Putin belə bir danışığı Bakı və Ankaranın təşkil etməsini istəyə bilər. Bu, Ukrayna üçün də məqbul bir təklifdir. Belə ki, Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığındakı görüşə helikopterlə gəlib. Bu, ondan xəbər verir ki, Zelenski danışıqların Belarus ərazisində olmasını istəmir. Rusiya qoşunlarının Ukraynaya həm də Belarus ərazisindən hücum etdiyini nəzərə alsaq, Kiyevin danışıqlar üçün Minskə etibar etməməsi normaldır. Buna görə də indiki mərhələdə tərəflərin real danışıqları Azərbaycan və ya Türkiyədə etməsi mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

1936
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv