!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml çökür: "Putin rejiminin bütün sahələr üzrə aşınması gedir"

!Reklam – Yazi

“Putin rejiminin bütün sahələr üzrə aşınması gedir”.

Bu fikirləri Rusiyada qismən səfərbərlik elan ediləndən sonra baş verən etirazların gedişatına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyadakı xalqlar özlərinə aid olmayan müharibədə iştirak etmək istəmir:

“Dağıstan böyük iqtisadi müşkülü olan ölkədir. İşsizlik, kasıblıq, rüşvətxorluq, baş alıb gedir. Moskvadan Dağıstan üçün göndərilən pulların böyük hissəsi yerli məmurlar tərəfindən oğurlanır, özləri, balaları gedib o pulları sağına-soluna xərcləyib keflə yaşayırlar. Özləri üçün imarətlər tikirlər. Camaat kasıbdır. İşsizlik əndazəni aşıb. Belə bir şəraitdə gəlib cavan kişiləri, ərləri, oğulları, qardaşları aparmaq, ilk növbədə, dağıstanlı qadınları özündən çıxarıb. Etirazları da aparan qadınlardır. Onlar gələn polislərə deyirlər ki, haqsızsınız, doğmalarımıza toxunmayın. Rusiyanın Ukraynda apardığı müharibə vətən müharibəsi deyil, işğalçı müharibədir. Rusiya Ukraynaya hücum edib. Bunları açıq deyirlər. Əvvəl müharibə sözünə görə insanları cəzalandırırdılar.

Baş verənlər göstərir ki, Putin quruluşunun, üsul idarəsinin həm ideoloji, həm inzibati, həm demoqarafik, həm də hərbi aşınması gedir. Hərbi aşınması Ukraynada gedir. Ukrayna ordusu ardıcıl olaraq rus ordusunu ət maşınından keçirir. Hətta məlumat var ki, qismən səfərbərliklə gedənlər arasında artıq həlak olanlar var”.

Səxavət Məmməd

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv