!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kreml Navalnının harada olduğunu bilmir" - Peskov

!Reklam – Yazi

“Kreml Navalnının cəzasını harada çəkdiyini bilmir”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O deyib ki, Kreml Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) (ekstremist təşkilat kimi tanınan və Rusiyada qadağan olunmuş – red.)) təsisçisi Aleksey Navalnının cəzasını harada çəkdiyini izləmir.

“Məhkumların taleyini və onların müvafiq qurumlarda qalma prosesini izləmək bizim nə niyyətimiz, nə də imkanımız var”, – o vurğulayıb.

Qeyd edək ki, sentyabrda Aleksey Navalnı bir il müddətinə bir kamera tipli otağa köçürülüb. Buraya köçürmə koloniyalarda ən ağır cəza hesab olunur.

Əvvəllər apellyasiya məhkəməsi Aleksey Navalnıya qarşı ekstremizm işi üzrə onun 19 il müddətinə ciddi rejimli koloniyada cəza çəkdiyi hökmü qanuni saymışdı. Məhkəmədə bildirib ki, Navalnının artıq həbsxanada keçirdiyi vaxt ümumi cəzaya hesablanacaq.

Xatırladaq ki, Navalnı 2021-ci ilin yanvarında saxlanılıb. Həmin vaxt o, Almaniyadan Rusiyaya qayıdıb. Onun həbsinə səbəb “Yves Rocher” işində şərti cəzasını pozması olub. O, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə xüsusi rejimli koloniyada 19 il həbs cəzası verib. O, həmçinin ekstremist fəaliyyətə çağırışda və azyaşlıları təhlükəli fəaliyyətə cəlb etməkdə ittiham olunub.

Xuraman Etibarlı

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv