!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml Priqojinin harada olmasından xəbərsizdir

!Reklam – Yazi

Kreml Rusiyada silahlı qiyama cəhd edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin harada olmasından xəbərsizdir.

Yenicag.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Priqojinin Belarusa getməsi ilə bağlı heç bir məlumatının olmadığını söyləyib.

Qeyd edək ki, iyunun 24-də Rusiyada silahlı qiyama cəhd edən Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun səylərindən sonra Moskvaya yürüşü dayandırıb. Məlum olub ki, qiyama cəhdi dayandırması qarşılığında Priqojinin Belarusa getməsinə icazə verilib. Dünən isə onun artıq Belarusda bir hoteldə görünməsinə dair məlumat yayılıb./apa/

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv