!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml: "Putinlə Paşinyan dekabrda görüşə bilər"

!Reklam – Yazi

Putinlə Paşinyan dekabrın sonunda Sankt-Peterburqda görüşə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki dövlət liderləri arasında ünsiyyətin perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin dekabrın sonunda Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilər. Lakin o, belə görüşün daha əvvəl baş tuta biləcəyini də istisna etməyiblər.

“Əgər cənab Paşinyan ora gəlsə və hamı kimi onun da gəlişi gözlənilir, o zaman danışmaq üçün böyük fürsət yaranacaq”, – Peskov bildirib.

Kreml nümayəndəsi əlavə edib ki, iki lider arasında ünsiyyət zirvə görüşündən daha əvvəl baş tuta bilər, əgər dövlət başçıları bunu daha əvvəl etməyi zəruri hesab edərsə, bu, onların qərarı olacaq”.

Qeyd edək ki, dekabrın sonunda Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək.

Xuraman Etibarlı

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv