!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml xəbərdarlıq etdi - Ukraynada "Bayraqdar" zavodunun açılacağı tarix məlum oldu

!Reklam – Yazi

“Bayraqdar” pilotsuz uçuş aparatlarının istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada işə salına bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.

“Tikinti bir neçə ay çəkə bilər. Zavodun işə salınması isə 2023-cü ildə baş verə bilər”, – o bildirib.

Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov Ukraynada “Bayraqdar” pilotsuz təyyarələrinin istehsalı zavodunun yaradılacağı təqdirdə dərhal vurulacağını bildirib.

“Təbii ki, dərhal demilitarizasiya olacaq belə bir obyektin yaradılması yalnız ukraynalıların əzablarını uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədindən yayınmasına kömək etməyəcək”, – Peskov bildirib.

www.yenicag.az

253
Ads
www.veteninfo.com
!Reklam – Arxiv