!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kreml yataqların monitorinqinə ona görə şərait yaratmayıb ki..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyadan asılı vəziyyətdə olan separatçılar onların icazəsi olmadan yolu kəsməz və azərbaycanlı məmurların fəaliyyətə mane olmazdılar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqin baş tutmaması haqqında danışan politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Rusiya hərbi kontingentinin bir neçə gün əvvəl məmurlarımızla görüş zamanı verdiyi vədi yerinə yetirməyəcəyi gözlənilən idi:

“Rusiya hərbi kontingenti Moskvanın təlimatıyla hərəkət edir. Qarabağdakı kontingentə əmr belə olub ki, monitorinq ərazisinə daxil olan azərbaycanlı məmurların normal fəaliyyəti üçün şərait yaradılmasın, prosesi kənardan müşahidə etsinlər. Hadisə yerində toqquşma baş verə bilərdi. Çünki monitorinq yerinə gələnlər separatçılarla üz-üzə qalıblar, onlar yolu kəsiblər və aralarında mübahisə olub. Görünür, Rusiya hərbi kontingenti gərginlikdə maraqlı olub. Halbuki Kreml istəsəydi, Qarabağdakı hərbi kontingentin komandanlığına əmr verərdi ki, monitorinqin aparılmasına şərait yaradılsın və bu barədə separatçıların rəhbərliyi xəbərdar edilsin. Rusiyadan asılı vəziyyətdə olan separatçılar onların icazəsi olmadan yolu kəsməz və azərbaycanlı məmurların fəaliyyətə mane olmazdılar. Separatçılar alətdir.

Kreml yataqların monitorinqinə ona görə şərait yaratmayıb ki, bunun ardının gələcəyini anlayıb. Bəli, biz monitorinqlə kifayətlənməyəcəkdik, bunun ardınca başqa tədbirlər planı da var. Rusiya birinci addımımızı əngəlləməklə bizə belə bir mesaj göndərib ki, o biri addımlarımıza da şərait yaratmayacaq. Ancaq bizim əlimizdə elə alətlər var ki, onları yerində reallaşdırmaq üçün Rusiya hərbi kontingenti ilə məsləhətləşməyə ehtiyac yoxdur. Məsələn, keçmiş Laçın dəhlizi nəzarətimizə keçdikdən sonra vaxtilə Ermənistandan Qarabağa çəkilən qanunsuz kommunikasiya xətləri – elektrik, qaz boru və internet xətləri nəzarətimizə keçib. Ekoloji vəziyyətin monitorinqini aparmaq üçün şərait yaratmırlarsa, kommunikasiya xətlərində problemlərin yaradılacağı barədə real addımlar atılmasının zamanı yetişib”.

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv