!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremldə çaxnaşma YARANDI – Rusiya nə edəcəyini bilmir

!Reklam – Yazi

“Kreml Rusiya Federasiyasının Belqorod vilayətində “Rusiya Könüllülər Korpusu” və “Azad Rusiya” legionunun davam edən hücumlarına necə cavab verəcəyini bilmir”.

Yenicag.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (MTİ) yaydığı hesabatda deyilir. Burada qeyd olunur ki, bütün bunların nəticəsində Kremldə çaxnaşma yaranıb.

MTİ-nin məlumatına görə, iyunun 4-də adı çəkilən təşkilatların qiyamçıları Belqorod vilayətində, konkret olaraq Ukrayna ilə sərhəddən 3,5 km aralıda yerləşən Novaya Tavoljanka kəndi yaxınlığında növbəti hücum həyata keçirib.

Rusiya Müdafiə Nazirliyi öz növbəsində üsyançıların Belqorod vilayətindən Ukrayna ərazisinə sıxışdırıldığını bildirib. Eyni zamanda qubernator Vyaçeslav Qladkov Tavoljanka yaxınlığında gedən döyüşlərdən danışıb.

“Rusiya tərəfinin ziddiyyətli cavabları regionda hərbi və mülki hakimiyyət orqanları arasında əlaqələndirilmiş işin olmadığını göstərir”, – deyə MTİ hesabatında deyilir.

//konkret.az

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv