!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremldən Balakleya SÜKUTU: Putin Təhlükəsizlik Şurasını toplayır

!Reklam – Yazi

Rusiya Prezidentinin sözçüsü Ukrayna ordusunun işğal altındakı Balakleya şəhərini azad etməsinə şərh verməyib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukrayna ordusunun uğurlu əks-hücum kampaniyasını və bu çərçivədə Xarkov vilayətindəki Balakleya şəhərini nəzarətə götürməyini şərh etməkdən boyun qaçırıb.

Peskov Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiya ordusunun fəaliyyətinə də şərh verməkdən yayınıb:

“Xüsusi əməliyyat”ın gedişatına gəldikdə isə bu barədə həmkarım İqor Konaşenkovun (Müdafiə Nazirliyinin sözçüsü – red.) danışması daha doğru olar”.

Digər məlumata əsasən, Rusiya Prezidenti Vıadimir Putin bu günə Təhlükəsizlik Şurasının operativ müşavirəsini çağırıb.

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv