!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremldən İrəvana “İNCƏ EYHAMLAR”: “Rusiya Ermənistanın “orbit”dən çıxma cəhdlərini...”

!Reklam – Yazi

“Rusiya indiki şəraitdə Ermənistana yönəlik sərt ritorika və addımlara ehtiyac görmür”.

Bu fikirləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Ermənistanın ABŞ ilə birgə hərbi təlim qərarını “diqqətlə analiz” edəcəklərinə dair mövqeyinə münadibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva Ermənistanın “Rusiyadanqaçma” cəhdlərinin qarşısını almaq üçün hələ ki, incə eyhamlarla kifayətlənir:

“Ermənistanın KTMT ilə bağlı bır sıra sənədləri təsdiqləməməsi, bloka öz nümayəndəsini təyin etməməsi və bu fonda ABŞ ilə birgə hərbi təlimlər keçirmək qərarına gəlməsi Rusiyada sərt reaksiya doğurub.

O baxımdan, son günlərdə Rusiyanın ekspert cameəsi və bir sıra rəsmi şəxsləri bu qərara görə Ermənistanın cəzalandırılmasına dair açıq çağırışlar edirlər. Maraqlıdır ki, Ermənisstana qarşı sərt mövqe ifadəsində Rusiyanın erməni əsilli ekspertləri daha çox canfəşanlıq edirlər.

Bununla belə, Rusiya indiki şəraitdə Ermənistana yönəlik sərt ritorika və addımlara ehtiyac görmür. Dmitri Peskovun son açıqlaması da belə düşünməyə əsas verir. Putinin sözçüsü bildirib ki, Ermənistanın ABŞ ilə birgə hərbi təlim keçirmək qərarı diqqətlə analiz edilməlidir.

Göründüyü kimi, Moskva İrəvana göstərmək istəyir ki, “ziyanın yarısından qayıtmaq” imkanı var və bundan istifadə etmək lazımdır. Rusiya Ermənistanın “orbit”dən çıxma cəhdlərini sərt addım atmadan neytrallaşdıra biləcəyini düşünür. Bu yanaşmanın nə qədər davam edəcəyi isə İrəvanın sonrakı addımlarından asılı olacaq”.

A.Zeynalov

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv